Şimali Kipr Prezidenti Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib
Siyasət

Şimali Kipr Prezidenti Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

"Respublika" xəbər verir ki, Ersin Tatar başsağlığını “X” (twitter) sosial şəbəkə hesabında paylaşıb.

“Azərbaycanın və türk dünyasının yorulmaz müdafiəçisi, Şimali Kipr Türk Respublikasının aşiqi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Allah Qənirə Paşayevaya rəhmət eləsin. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - deyə E.Tatar yazıb.

Nəzrin ELDARQIZI,

"Respublika".