Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
Siyasət

Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi "Saudi Press" (SPA) informasiya agentliyinin yaydığı təbrik məktubunda Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıb.