Sərgi-satış yarmarkaları
İqtisadiyyat

Sərgi-satış yarmarkaları

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Şəki şəhərində keçirilib.  Bu il ilk dəfə olaraq toxum sərgi-satış yarmarkaları Aqrar İnnovasiya Festivalları çərçivəsində keçirilir. Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə qarşıdakı   dövrdə Şamaxı, Ağstafa, Qusar, Ağcabədi, Hacıqabul, Sabirabad, Biləsuvar rayonlarında toxum-sərgi satış yarmarkaları təşkil olunacaq.

Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Nazirliyin   mətbuat   xidməti bildirir ki, toxum sərgi-satış yarmarkaları ilə bağlı hazırlanmış səyyar karavan vasitəsilə mövsüm boyu Azərbaycanın 30-dan artıq bölgəsində fermerlərə məlumatlar təqdim olunacaq.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Sərgidə dənli, (arpa, buğda), tərəvə

z bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələri nümayiş olunub.

Nəriman CAVADOV,

"Respublika".