Sərbəst güləş üzrə rayon birinciliyi
Region

Sərbəst güləş üzrə rayon birinciliyi

Vətən Müharibəsi Qəhrəmanının təhsil aldığı xatirəsi əbədiləşdirilən şəhid Azər Yusifli adına Böyük Kəsik kənd tam orta məktəbin idman zalında təşkil olunan tədbirdə Ağstafa RİH-in başçısı Seymur Orucov, Vətən Müharibəsi Qəhrəmanının atası Nazim Yusifov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində qəhrəman şəhidin atası Nazim Yusifov çıxış edərək xalqımızın ən böyük qürur mənbəyi olan şəhidlərimizin xatirəsinə həsr olunan bu cür silsilə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, eyni zamanda ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıb.

82 nəfər yeniyetmə gənc güləşçinin qüvvəsini sınadığı gərgin idman mübarizəsi şəraitində keçən yarışda yüksək yerləri təmin edən idmançılar Ağstafa Rayon Gənclər İdman İdarəsininAğstafa Təhsil Sektorunun müvafiq diplom medalları ilə təltif olunublar.

Yarış günündə Ağgöl kənd qəbiristanlığında Vətən müharibəsi Qəhrəmanı Azər Yusiflinin, eləcə həmin qəbiristanlıqda dəfn olunan digər Vətən oğullarımız, Birinci Qarabağ müharibəsi şəhidi Vəliyev Səhrəddin Qara oğlu Vətən müharibəsi şəhidi Muradov Seyfəddin Mahmud oğlunun məzarları ziyarət olunaraq üstünə gül-çiçək dəstələri düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.

Vəli VƏLİYEV,

"Respublika".