Səhiyyə Nazirliyi: Qrip əleyhinə peyvəndlərin Bakı üzrə paylanılması başa çatıb
Səhiyyə

Səhiyyə Nazirliyi: Qrip əleyhinə peyvəndlərin Bakı üzrə paylanılması başa çatıb

Səhiyyə Nazirliyi ölkəyə qrip əleyhinə peyvənd gətirib.

Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir.

Nazirliyin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, bu məqsədlə ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib.

Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq.

Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir.