Şəhidlərin xatirəsi anılıb
Sosial həyat

Şəhidlərin xatirəsi anılıb

Vətənimizin bütövlüyü uğrunda canından keçərək ən uca zirvəyə ucalan igid oğullarımız xalqımızın and yerinə çevrilmişlər. Qeyrət, cəsarət, ölməzlik rəmzi olan əsgərlərimiz hər birimizin qəlbində daim yaşayacaqdır. Onların adının əbədiləşdirilməsi ailələrinin və yaxınlarının dövlət qayğısı ilə əhatə olunması daim diqqətdə saxlanılır. Tovuz rayonunda ölümün gözünə dik baxan xalqımıza möhtəşəm qələbə sevincini yaşadan şəhidlərimiz yüksək ehtiramla anılır.

Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 27 sentyabr - Anım Günü ərəfəsində şəhid ailələri ilə birlikdə Əsrik Cırdaxan kəndində Vətən müharibəsi şəhidi Hüseynov Əfşan Əbülfəz oğlunun və 2022-ci il sentyabr hadisələri zamanı şəhid olmuş Nəsibov Kənan Cəbrayıl oğlunun məzarlarını ziyarət edib üzərinə gül dəstələri qoyub əziz xatirələrinə ehtiram göstərmişlər. Şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Şəhid ailələri Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqətə görə razılıqlarını bildirmiş, təşəkkürlərini dilə gətirmişlər.

Vəli VƏLİYEV,

"Respublika".