Şəhid Camal İsmayılovun doğum günü qeyd olundu                 
Digər xəbərlər

Şəhid Camal İsmayılovun doğum günü qeyd olundu                 

Vətən müharibəsi şəhidi, Xüsusi  Təyinatlı  Qüvvələrin  baş  giziri Camal İsmayılovun 39 yaşı qeyd olundu.

“Respublika” xəbər verir ki, tədbirdə Neftçala Şəhər İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH aparatının məsul əməkdaşları  rayonun hüquq-mühafizə orqanlarını  rəhbərləri ,şəhid ailələri, döyüş yoldaşları və qazilər iştirak etdilər.

Tədbir iştirakçıları  Şəhid baş gizir Camal İsmayılovun Şəhidlər xiyabanındakı məzarını və Həsənəbad qəsəbəsindəki abidəsini  ziyarət edib gül təstələri qoydub, ruhuna dualar oxudular.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra tədbir  iştirakçıları Camal İsmayılova həsr olunan rəsm sərgisi ilə tanış oldular.
Tədbirdə şəhid  Camal  İsmayılovun atası Vidadi  İsmayılov, bacısı Xəyalə Ağamalıyeva, şəhid Elyar Vəliyevin atası Arif  Vəliyev, “13 Əfsanə” kitabının redaktoru Güləmail Murad, döyüş yoldaşı  Ayar Abbasov,  Azərbaycan Dövlət  Radiosunun  “Vətən yaşasın” verlişinin redaktoru, şair- publisist Ötərxan Eltac, “Camal Əfsanəsi” jurnalının təsisçisi Ruhəngiz Nəcəfova, AYB-in üzvü, Prezident təqaüdçüsü, “ 13 Əfsanə” kitabının müəllifi Elnur Uğur   Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qələbədən və bu qələbədə iştirak edən şəhid Camal  İsmayılovun şücaətindən, keçdiyi döyüş yolundan söhbət açdılar. Qeyd olundu ki, 2020-ci ilin sentyabrın 27-də düşmənin törətdiyi  təxribata qarşı əks-hücuma  başlanan Vətən Müharibəsində Camal İsmayılovun Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalması onun Vətəninə xalqına olan sevgisinin bariz nümunəsidir. Çıxışlardan sonra  Vətən Müharibəsi Qəhrəmanı Camal  İsmayılovun  həyatını əks etdirən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Vətən Müharibəsi  Qəhrəmanı  Cmaal  İsmayılovun qızı Əsnad İsmayılova L.V.Bethovenin  “ K.Elize” əsərini  ifa etdi.
Tədbirdə  çıxış  edən  Neftçala  RİH-in  başçısı  Mirhəsən  Seyidov bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu  uğurla davam etdirməsini,  uzaqgörən və qətiyyətli siyasəti  nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın xalqımızın birliyi, müzəffər Ordumuzun peşəkarlığı  sayəsində azad olunmasını  bildirdi. Qeyd etdi ki, Qəhrəman  gənclərimizin  vətən  uğrunda  göstərdiyi  fədakarlıqlar dövlətimiz  tərəfindən  yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Şəhidin ailə üzvləri  göstərilən  diqqət  və qayğıya görə Prezident  İlham Əliyevə və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  bildirdilər.

Tədbir  Neftçala  şəhər  Camal İsmayılov adına Uşaq  İncəsənət  məktəbinin  hazırladıqları  kompozisiyalar ilə davam etdi.

Ərəstun  ABDULOV,     

“Respublika”.