Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
Ekologiya

Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq

“Respublika” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti, dağlarda 0-5°, gündüz 8-13° isti olacaq.