Azərbaycan XİN başçısı BMT TŞ-nin Qarabağla bağlı iclasında iştirak edəcək
Gündəm

Azərbaycan XİN başçısı BMT TŞ-nin Qarabağla bağlı iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağla bağlı iclasında iştirak edəcək.

"Respublika" xəbər verir ki, bu barədə o, Rusiya KİV-ə açıqlamasında bildirib.

C.Bayramov qeyd edib ki, Bakı hələ BMT Baş Assambleyası çərçivəsində İrəvanla danışıqları planlaşdırmır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası sentyabrın 21-də baş tutacaq.