Rusiyanın Soçi şəhərindəki Azərbaycan diasporunun rəhbəri,“Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin sədri İlqar Səlimovdan
Məktublar

Rusiyanın Soçi şəhərindəki Azərbaycan diasporunun rəhbəri,“Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin sədri İlqar Səlimovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin Rusiya Federasiyasının Soçi şəhərində və Krosnodar vilayətində yaşayan azərbaycanlıların adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edək. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və doğma Azərbaycanın rifahı, tərəqqisi naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də Sizi təbrik edirik. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün dünya azərbaycanlılarının birlik rəmzi olan Həmrəylik Günü bu il xüsusilə əlamətdardır. Çünki ilk dəfə olaraq bu bayramı suverenliyimizin tam bərpa olunması şəraitində qeyd edəcəyik. Artıq Xankəndi də azaddır. Azərbaycan tam suveren bir dövlətdir. Bu, əlbəttə, Sizin apardığınız uğurlu siyasətin nəticəsidir. Bu, Sizin “Dəmir yumruğ”unuz ətrafında sıx birləşmiş xalqımızın, müzəffər Ordumuzun qələbəsidir.

Cənab Ali Baş Komandan, biz Rusiyada yaşayan azərbaycanlılar Vətəndən kənarda olsaq da, qəlbimiz daim Azərbaycanla döyünür. Vətəndə baş verən prosesləri diqqətlə izləyir, gördüyünüz işləri alqışlayırıq. Soçi şəhərində və Krasnodar vilayətində yaşayan azərbaycanlılar 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyəcəklər. Biz çox xoşbəxtik ki, doğma Azərbaycanımıza Sizin kimi Prezident rəhbərlik edir. Sizin sayənizdə bu gün Azərbaycan dünya miqyasında tanınmış bir dövlətə çevrilib. Əminik ki, bu seçkilərdə də xalqımız yekdilliklə Sizə - Müzəffər Ali Baş Komandana səs verəcək. Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcək, böyük uğurlara imza atacaqdır.

Soçi şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzi mədəniyyətimizi, dilimizi Rusiyada yaşayan azərbaycanlı gənclərimizə aşılamağı qarşıya məqsəd qoymuşdur. Eyni zamanda, Azərbaycanla bağlı xoş niyyətləri olan digər millətlərin nümayəndələrini də təşkilatımıza cəlb edərək onlarla birgə Azərbaycan mədəniyyətini, dilini, tarixini təbliğ etməyə çalışırıq.

Sizi bir daha təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Hörmətlə,

İlqar SƏLİMOV,

Rusiyanın Soçi şəhərindəki Azərbaycan diasporunun rəhbəri,

“Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin sədri.