Rusiyalı alpinist Elbrusda həyatını itirib
Region

Rusiyalı alpinist Elbrusda həyatını itirib

Rusiyanın ən yüksək zirvəsi olan Elbrus dağına qalxan krasnodarlı turist həlak olub.

"Respublika" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölən alpinist 14 nəfərlik qrupun tərkibində olub.

O, zirvəyə qalxarkən yıxılıb və aldığı zədələrdən yerindəcə ölüb.

Nəzrin ELDARQIZI,

"Respublika".