Rusiya XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünü alqışlayırıq
Siyasət

Rusiya XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünü alqışlayırıq

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.

“Respublika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “BakuTV”nin sualını cavablandırarkən deyib.