Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən
Məktublar

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində məqsədyönlü fəaliyyətiniz Sizin zəmanəmizin görkəmli siyasi və dövlət xadimi kimi böyük istedadınızı üzə çıxardı. Ölkənizin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi, sosial və mədəni inkişaf strategiyasının ardıcıl və dəqiq həyata keçirilməsi Sizə cəmiyyətdə və beynəlxalq arenada böyük hörmət, etimad və nüfuz qazanmağa imkan verib.

Yüksək peşəkarlıq, zəngin həyat təcrübəsi, ən mürəkkəb şəraitlərdə siyasi kompromis tapmaq bacarığı, Azərbaycan vətəndaşlarının maraqları naminə sosial siyasətin ardıcıl həyata keçirilməsi Sizə ölkənin qarşısında duran vəzifələri uğurla həll etmək imkanı verib.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, çoxmillətli Azərbaycanın gələcək inkişafı naminə planlarınızın və təşəbbüslərinizin həyata keçirilməsində yeni-yeni uğurlar, əmin-amanlıq, sülh, xoşbəxtlik və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Ruslan AUŞEV,

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti,

Sovet İttifaqı Qəhrəmanı.