Kanadada fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyevdən
Məktublar

Kanadada fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə Kanadanın Monreal şəhərinin azərbaycanlı icması adından ürəkdən təbrik edim. Keçən illər ərzində Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər, tarixi qələbələr məhz Sizin adınızla bağlıdır. Siz həm də xalqımızın gələcək uğurlarının qarantısınız. Hər bir azərbaycanlı Sizin ölkəmizin rəhbəri kimi fəaliyyətinizdən razıdır və gördüyünüz işləri yüksək qiymətləndirir. Əminik ki, Azərbaycan vətəndaşları gələn il fevralın 7-də keçiriləcək prezident seçkilərində yenidən Sizi dəstəkləyəcəklər.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məsud ƏLİYEV,

Kanadada fəaliyyət göstərən Kvebek

Azərbaycanlıları Assosiasiyasının sədri.