Rəqəmsal xidmət üzərindən fərdi şəxsi hesablar açılıb
Sosial həyat

Rəqəmsal xidmət üzərindən fərdi şəxsi hesablar açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə bu il 27,7 min şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilərək e-fərdi şəxsi hesab açılıb.

23 iyun ƏƏSMN-dən bildirilir ki, üç il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir. Əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN açılır. Bununla işçinin fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir.

Xidmət fəaliyyətə başlayandan elektron qaydada 720 min fərdi şəxsi hesabın açılması təmin edilib.

 “Respublika”.