Qobustan rayonunda təsərrüfatların genişzolaqlı internetə çıxış imkanı təmin edilib
Sosial həyat

Qobustan rayonunda təsərrüfatların genişzolaqlı internetə çıxış imkanı təmin edilib

“Aztelekom” MMC Qobustan rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 89%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, Qobustan şəhər mərkəzi, Qobustan rayonunun Dərəkənd, Cəyirli, Çelov, Qurbançı, Ərəbşahverdi, Bədəlli, Üzümçü, Sədəfli, Cəmcəmli, Yekəxana, Təsi, Poladlı, Təklə, Təklə-Mirzəbaba, Çuxanlı, Nabur və Bəklə kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə Qobustan rayonu ərazisində 7355 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib.

Hazırda Qobustan şəhərində 1815 təsərrüfatdan 1783 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə həyata keçirilir.

“Respublika”.