Mədəniyyət

"Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət" tədbiri keçirilib

Mədəniyyət Nazirliyi tərəfindən sentyabrın 3-də Heydər Əliyev Mərkəzinin park ərazisində Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir həyata keçirilib.

"Respublika" xəbər verir ki, tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi keçirilib.
Tədbir konsert proqramı ilə davam edir.


 

Nurlan ABDALOV,

"Respublika".