ALİ BAŞ KOMANDANIMIZ...
Mədəniyyət

ALİ BAŞ KOMANDANIMIZ...

Düşmənlərin işi bitdi;

"bölücülərin" sonudu,

Ali Baş Komandanımız

Ərdi, Ərən Oğludu!

 

Gətirdi el Zəfərini

əməli, sözü İlhamın,

"Nəyi, nə vaxt etməyini" -

bilirdi özü İlhamın!

 

Qalib gəldi mərd Ordumuz

öz mübarək silahıyla,

Komandan - igid Oğlumuz,

qəlbindəki Allahıyla.

 

Qalb gəldi, İlham adı

Dünya gözündə böyüdü,

bir çiynində Vətən andı,

birində Ata öyüdü!

 

Cəsarəti, qətiyyəti

qürurlu etdi milləti,

Azərbaycan yenilməzdi -

yaşatdı bu həqiqəti!

 

Sussun, bağlasın ağzını

bizə hürüb, ulayanlar,

atıb namusla-arını

yada quyruq bulayanlar!

 

Qarabağdan düşmənlərin

bir quşu belə səkmədi,

Ordunun Zəfər həmləsi,

"24" saat çəkmədi!

 

Düşmənlərin işi bitdi;

"bölücülərin" sonudu,

Ali Baş Komandanımız

Ərdi, Ərən Oğludu!

Vahid ƏZİZ,

Xalq şairi.