Qərbi Azərbaycan İcmasında təşkilatın mərkəzi orqanlarının rəhbərlərinin iclası keçirilib
Sosial həyat

Qərbi Azərbaycan İcmasında təşkilatın mərkəzi orqanlarının rəhbərlərinin iclası keçirilib

Fevralın 17-də Qərbi Azərbaycan İcmasında təşkilatın mərkəzi orqanlarının rəhbərlərinin iclası keçirilib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin 7 fevral seçkilərində Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gəlməsini və andiçmə mərasimində söylədiyi fikirləri xüsusi vurğulayıb, onları ölkəmizin gələcək inkişafı istiqamətində vacib addımlar olacağını qeyd edib.

Əziz Ələkbərli İcmanın 2024-cü ildə də soydaşlarımızın öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışı istiqamətində apardığı yorulmaz fəaliyyəti davam etdirəcəyini, bu məqsədlə ölkə daxilində və xaricində bir sıra tədbirlərin planlaşdırıldığını diqqətə çatdırıb.

Sonra İcmanın İdarə Heyətinin sədri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin və Aparatının 2024-cü ilin cari dövrü ərzində gördüyü işlər barədə məlumat verib və bu ilin növbəti aylarında görüləcək işlərin plan layihəsi ilə bağlı fikirlərini açıqlayıb.

Daha sonra Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Əhliman Əmiraslanov, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Ziyalılar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Nizami Cəfərov, Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Nəzarət-Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Şahin İsmayılov, Qadınlar Şurası sədrinin müavini, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qadınlar Şurası sədrinin müavini, filologiya üzrə elmlər doktoru Almaz Binnətova və digər şəxslər çıxış edərək Tədbirlər Planında əks olunanlarla bağlı təkliflərini səsləndirib, cari məsələlər ətrafında müzakirələr aparıblar.