Qərbi Azərbaycan İcması Qarabağ həqiqətlərinin tanınması üçün mühüm addımlar atır
Digər xəbərlər

Qərbi Azərbaycan İcması Qarabağ həqiqətlərinin tanınması üçün mühüm addımlar atır

Ermənistanın apardığı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər nəticəsində azərbaycanlıların onilliklər ərzində məruz qaldıqları iztirab və məhrumiyyətlərə beynəlxalq ictimaiyyətin biganəliyi və ikili standartları ilə bağlı Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları 2023-cü il iyulun 28-də müraciət qəbul edib.

Həmin müraciət BMT Baş Assambleyası Təhlükəsizlik Şurası və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılıb.

Əvvəlki adı "Azərbaycan Qaçqınlar Cəmiyyəti" olan İcma 2022-ci ildə yenidən təşkil olunduğu dövrdən bəri xarici təşkilatlara daima məcburi köçkünlərin  qayğısına qalması və onların rifahının yaxşılaşdırılması, Ermənistanın barbar siyasətindən əl çəkməsi barədə dəfələrlə müraciətlər ünvanlayıblar.

Azərbaycan xalqını öz doğma yurd-yuvalarından didərgin salan köç siyasəti hayların uydurma tarixlərinin tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Belə ki, azərbaycanlılardan qalan torpaqlara köçən erməni sakinləri burada tarixi mədəniyyətmizi özününküləşdirmə siyasəti güdüb. Qarabağı erməni torpaqları kimi göstərmək istəyən haylar Ermənistanın ərazisinin bir vaxtlar Azərbaycan torpaqları olduğu gerçəyini bilirlər. Tarix boyu köçəri həyat yaşayan bu tayfa nəhayət, çar Rusiyasının "qanadları altına" sığınmağı  bacardı.

Onun əsası XVIII əsrdə rus çarı I Pyotr tərəfindən qoyulduğu hesab olunur. Söhbət hayların Azərbaycan torpaqlarına qanunsuz köçlərindən gedir.        I Pyotr 1724-cü ildə Kiçik Asiyadan ermənilərin kütləvi surətdə Cənubi Qafqaza köçürülməsi planını "orada xristianlığı gücləndirmək və imkan daxilində müsəlmanlığı sıxışdırıb çıxarmaq" üçün irəli sürdü və ilk köçlərin əsasını qoydu. Təbii ki, burada daha başqa səbəblər də vardı. O dövrdə Asiyada mərd və cəsarətli xalqlardan biri sayılan azərbaycanlılar kiminsə tabeliyində, boyunduruğu altında qalmaq istəmirdilər.     I Pyotr azərbaycanlılara qonşu olaraq qapazaltı, "bir tikə çörək ver, ölənə kimi sənə köləlik etsin" ideyası ilə yaşayan hayları köçürmək fikrinə düşdü.

Haylar o vaxtdan bəri Şərqi Asiyadan və digər ölkələrdən bura saysız-hesabsız köç etməyə başladılar. Bununla da azərbaycanlılar öz torpaqlarında qaçqın vəziyyətinə düşdü. Azərbaycanın bir xalq kimi məhvinə nail olmaq istəyən qüvvələrin yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Qarabağ zonasında sıx məskunlaşma prosesi sürətləndi. 1947-ci ilin 23 dekabrında SSRİ Nazirlər Sovetinin verdiyi qərar  ilə ümumilikdə 100 min azərbaycanlı Ermənistandan Kür-Araz ovalığına köçürüldü. Qərara əsasən onların boşaltdığı evlərə xarici ölkələrdən ermənilər yerləşdirildi.

Ötən əsrin sonlarında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə pozması, aqressorun çirkin əməllər törədə-törədə buna hüquqi don geydirməyə çalışması, tarixi torpaqlarımızı işğal etməsi, bəşər tarixində daha bir nümunəsi olmayan qəddarlıqlar törətməsi nəticəsində bir milyondan çox soydaşımız didərginliyə məcbur edildi.

1989-cu ildən  məcburi köçkün həyatı yaşayan soydaşlarımızın problemlərinin həlli ilə məşğul olan "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradıldı və tarixi haqq-ədalət bərpa olunduğu günə - Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı zəfərinə və ondan sonrakı dövrdə vətəndaşlarımızın mərhələli şəkildə öz doğma torpaqlarına qayıtması dövrünün başlanğıcına qədər öz fəaliyyətini uğurla yerinə yetirdi. Vaxtilə Azərbaycan torpaqlarında qurulan Ermənistan Respublikası ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin  ictimai-mədəni birliyinə nail olunması istiqamətində fəaliyyət göstərən Qərbi Azərbaycan İcması uğurlu işlər həyata keçirir.

Qərbi Azərbaycan İcması Ermənistandan köçə məcbur edilmiş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmaları üzrə dialoqa başlamaq məqsədilə Ermənistanın baş naziri Nikol Paşinyana, eyni zamanda bu məsələ ilə bağlı  Ermənistanın dialoqda iştirakını təşviq etmək çağırışı ilə BMT-nin  Baş katibinə məktub ünvanlamışdır. BMT-nin Katibliyi İcmanın sözügedən məktublarını Baş Assambleyanın, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yaymışdır...

Tacir SADIQOV,

"Respublika".