Qərb dairələrində islamofobiya
Siyasət

Qərb dairələrində islamofobiya

90-cı illərdə amerikalı sosioloq və politoloq Samuel Hantinqtonun "Mədəniyyətlərin çatışması" adlı kitabında sanki bugünkü günlər nəzərə alınmış  və gələcəkdə dinlərarası, sivilizasiyalarası gərginliklərin olacağı ilə bağlı proqnozlar verilmişdir. Bu əsər bir çox Qərb dairələri üçün müəyyən bir siyasi xətt kimi götürülüb. Xüsusilə də son 10-15 ildə Avropada, Amerikanın özündə İslam dininə qarşı müəyyən basqılar var və bununla bağlı bir çox problemlər özünü göstərməkdədir.

İslam peyğəmbəri təhqir olunur. Quran yandırılır və bu cür qəbuledilməz hərəkətləri fikir azadlığı, söz azadlığı çərçivəsində izah etməyə çalışırlar. Amma əlbəttə ki, bütün bunlar yalandır və düşünülmüş bir siyasətdən başqa bir şey deyil. Bir çox dövlətlərdə, xüsusilə də Fransada İslam dininə qarşı münasibət kifayət qədər sərtdir. Dinimizə aid olan geyimlər və s. dövlət idarələrində, məktəblərdə qadağan olunub. Bu kimi yanaşmalar da insan haqlarının pozulması kimi dəyərləndirilir. Digər tərəfdən, Fransanın işğal etdiyi dövlətlərdə müstəmləkəçilik siyasəti həyata keçirdiyi də buna misaldır. Əlcəzair, Tunis, Mərakeş və Şimalı Afrikanın bir çox ərazilərində bu siyasət yürüdülüb. 30 ildən bəri işğal altında olan Azərbaycan torpaqlarında vandallıqlar törədən Ermənistan da Fransa tərəfindən hər zaman himayə olunub. Azərbaycan tolerant ölkə olaraq bu istiqamətdə mümkün olanı etməyə çalışır ki, dinlərarası gərginliklər azalsın.                                                      

Oqtay QASIMOV,

politoloq.