Qələbəmizin etibarlı bünövrəsi
Sosial həyat

Qələbəmizin etibarlı bünövrəsi

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Vətən müharibəsində möhtəşəm zəfərimizin qazanılmasında Heydər Əliyev ideologiyası və İlham Əliyev zəkası” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Rayon Gənclər və İdman Sektorunun müdiri Xalid Rəcəbli, Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Əsədova, Hacıqabul şəhər 1 saylı tam orta məktəbin direktor müavini Tərlan Qasımov çıxış edərək bildirdilər ki, müasir Azərbaycan Ulu Öndərin şah əsəri, həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, gələcək nəsillərə ərməğan etdiyi mükəmməl siyasi irsdir. Prezident İlham Əliyev bu məktəbi, bu irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirərək, daha da gücləndirmişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının reallaşmasıdır: Məhz bu ideyalar nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilmişdir. Məhz Heydər Əliyevin sayəsində müasir Azərbaycan dövlətinin yaradılmasından sonra müsbətə doğru baş verən dəyişikliklər həm də torpaqlarımızın azad edilməsi üçün etibarlı bünövrə yaradılmasını təmin etdi.

Tofiq Hüseyn,

“Respublika”.