Qazimizin tibb xərcləri “YAŞAT
Sosial həyat

Qazimizin tibb xərcləri “YAŞAT" Fondu tərəfindən qarşılanıb

"YAŞAT" Fondunun dəstək tədbirləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qazimiz Əlisoy Əlinin tibb xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar" (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Mustafa KAMAL,

“Respublika”.