Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb
Ekologiya

Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 29-u saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı: Balakəndə 10, Göygöldə 9, Daşkəsən, Gədəbəydə 8, Qax, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Qəbələ, Şəki, Şahdağ, Mingəçevir, Göyçayda 2 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Daşkəsəndə saniyədə 23, Sabirabadda 17, Bakıda və Abşeron yarımadasında 20 metrədək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb.

İyunun 28-də havanın maksimal temperaturu Bakıda iqlim normasından 2 dərəcə yuxarı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 33-35 dərəcə, dağlıq rayonlarda 20-24 dərəcə, aran rayonlarında 35 dərəcəyədək isti qeydə alınıb.