Qarabağda ekoloji terrora son qoyulmalıdır
Digər xəbərlər

Qarabağda ekoloji terrora son qoyulmalıdır

2022-ci il dekabr ayının 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisində ekofəallar, QHT nümayəndələri, idman cəmiyyətləri könüllülərin iştirakı ilə  başlayan aksiya artıq 123 gündür ki, davam edir.

Hər gün olduğu kimi, iştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Ötən il dekabrın 3- 7- İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmamışdı. Bundan sonra əraziyə toplaşan ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başlayıblar. Aksiya iştirakçıları "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər, bizim əsgər!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan oyaqdır, sərvətinə sahibdir!" kimi şüarlar səsləndirirlər. Aksiyaların başladığı ilk gündən etibarən dəhlizin humanitar məqsədlər üçün istifadəsinə heç bir maneçilik göstərilməyib. Erməni məkrliyi azərbaycanlıların keçirdiyi bu dinc aksiyada da özünü göstərmişdi. "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar edən ermənilər, bununla yanaşı hələ Azərbaycan tərəfini məhkəməyə verməsinə baxmayaraq, fevralın 22- Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən onların iddiası  rədd edilmişdi.

Sülhməramlı kontingentin 10 noyabr Bəyanatından sonra bu ərazilərə gəlməsindən ürəklənən separatçılar humanitar yoldan sui-istifadə edərək həm Azərbaycanın sərvətlərini talan edir, həm qanunsuz olaraq silahlanırdılar. Azərbaycana qarşı daima qeyri-obyektiv qərarlar qəbul edən Avropa Parlamenti yenidən anti-Azərbaycan yönümlü qətnamə qəbul etmişdi. Avropa parlamentarilərinin bu məsələyə yanaşması birmənalı olaraq ermənipərəst mövqeyini özündə cəmləşdirir. Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının keçirdiyi dinc aksiyadan bu günə qədər Rusiya sülhməramlılarının Beynəlxalq Qırmızı Xaç  Komitəsinin minlərlə avtomobilləri hər iki istiqamətdə hərəkət edib.

Musa BAĞIRLI,

"Respublika".