Qarabağ Universitetinin rektoru UNEC tələbələri ilə görüşüb
Elm və təhsil

Qarabağ Universitetinin rektoru UNEC tələbələri ilə görüşüb

Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.

UNEC-dən “Respublika”ya bildirilib ki, görüşdə ilk dəfə tələbə qəbulu həyata keçirəcək Qarabağ Universitetində təhsil almağın üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.

“SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova isə Qarabağ Universitetində “SABAH” qrupları üzrə açılan ixtisaslar və qəbul qaydaları ilə bağlı tələbələri məlumatlandırıb.

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.