Prezident seçkilərində 590 min nəfər seçici ilk dəfə səs verəcək
Gündəm

Prezident seçkilərində 590 min nəfər seçici ilk dəfə səs verəcək

“Fevralın 7-də keçiriləcək prezident seçkilərində ümumilikdə 590 min nəfər ilk dəfə səs verəcək”.

 "Respublika" "secki-2024.az" saytına istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev fevralın 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və MSK-nın birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda tədbirdə deyib.

MSK üzvü bildirib ki, prezident seçkiləri ilə əlaqədar seçicilərin çoxluğu nəzərə alınaraq 832 yeni seçki məntəqəsi yaradılıb: “Həmin məntəqələrin də 26-sı işğaldan azad olunmuş ərazilərdədir. Bununla yanaşı, 119 dairə üzrə 1 000 seçki məntəqəsində kamera quraşdırılıb".