Prezident İlham Əliyevin Bolqarıstana səfəri Rumıniya KİV-lərinin diqqət mərkəzindədir
Digər xəbərlər

Prezident İlham Əliyevin Bolqarıstana səfəri Rumıniya KİV-lərinin diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri Rumıniya KİV-lərinin də diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, "Calea Europeana", "Agerpres", "Capital.ro", "Euractiv", "Economedia" və digər nüfuzlu xəbər portallarında, nəşrlərdə dərc olunan yazılarda aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalandığı vurğulanıb.

Bildirilib ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik Halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Qeyd olunur ki, layihə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın mövcud qaz nəqli infrastrukturundan istifadə etməklə Azərbaycandan əlavə həcmdə təbii qazın ötürülməsinə imkan verəcək.