Prezident Administrasiyasının rəsmisi: İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq
Məlumat

Prezident Administrasiyasının rəsmisi: İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq.

Respublikaxəbər verir ki, bunu Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev noyabrın 30-da parlamentdə keçirilənAzərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsimövzusunda ictimai dinləmədə deyib.

Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, Ermənistanın işğalından azad edilmiş ərazilərdə yaxın gələcəkdə həyat tamamilə bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq.