Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib
Siyasət

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, bu seçki məntəqəsində də yüksək seçici fəallığı müşahidə olunurdu.

Qeyd edək ki, bu seçkilərdə yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxın olub. Seçkiləri 109 beynəlxalq media qurumunun 200-dən çox təmsilçisi işıqlandırıb. Səsvermə saat 19:00-da başa çatıb.