Premyer Liqa:
İdman

Premyer Liqa: "Sabah" "Qarabağ"ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

"Respublika" xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq.

“Bank Respublika Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq.

Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi isə 26 xalla ikincidir.

Azərbaycan Premyer Liqası

XIV tur

20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları noyabrın 25-26-da baş tutacaq.