“Pensiya kalkulyatoru” e-xidmətinə son dörd ayda 627 min müraciət qeydə alınıb
Digər xəbərlər

“Pensiya kalkulyatoru” e-xidmətinə son dörd ayda 627 min müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan “Pensiya kalkulyatoru”na yanvar-aprel aylarında 627 min müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Respublika”ya verilən məlumata görə, “Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və sair barədə məlumat təqdim edir.

Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edərək həmin e-xidmətdən istifadə edən hər bir şəxs fərdi şəxsi hesabında toplanılmış sosial sığorta kapitalı əsasında ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər.

2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru” e-xidmətinə ötən dövrdə müraciət sayı 3,1 milyonu ötüb.