Paşinyanın konfuz durumu
Siyasət

Paşinyanın konfuz durumu

Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniyanın kansleri Olaf Şolts Fransanın dövlət başçısı Emmanuel Makron arasında keçirilmiş beştərəfli qeyri-rəsmi görüşdə regional nəqliyyat iqtisadi infrastrukturların blokadadan çıxarılması, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası demarkasiyası üzrə işlər, münasibətlərin tənzimlənməsi, Qarabağ əhalisinin hüquq təhlükəsizliyi, habelə humanitar məsələlər müzakirə edilib. Eyni zamanda iyulun 21- Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş planlaşdırılıb.

Kişineuda keçirilən görüşdə həlledici bir nəticə hasil olmadı. Yeganə yenilik bu idi ki, danışıqlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ənənəvi moderator, Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazda ölkəsinin gizli gündəmini həyata keçirən fiqur olub. Almaniya kansleri Olaf Şolts Fransanın regional qlobal ambisiyalarının Azərbaycana tuşlanan oxlarını neytrallaşdıran tərəf hesab olunurdu. Yekunda  Ş.Mişel koordinasiyaedici idi, Makron Şolts isə qeyri-formal tərəf kimi çıxış etmək məcburiyyətində qaldılar. Ermənistanın baş naziri Nikol Paşinyan Moldovadakı erməni icması ilə görüşməkdən imtina edib. O, bu addımı ilə erməni icmasının ona ünvanlayacağı ittihamedici suallardan yayınmaq istəyib.

İndi ermənilər belə qənaətə gəliblər ki, baş nazirləri Azərbaycan Prezidentinə hər dəfə uduzmağı ənənə halına salıb artıq işğaldan azad edilən torpaqlardan, ərazilərdən, Qarabağdan Nikol Paşinyan imtina da edib, həmin ərazilərin Azərbaycan xalqına məxsus olmasını qəbul etməklə , eyni zamanda guya öz xalqından da imtina edib. Bu fikirlər Ermənistan cəmiyyətində formalaşıbsa, deməli, erməni baş nazirin hansı halda, hansı rüsvayçı durumda olduğu bəllidir.

Ermənistanın baş naziri N.Paşinyan məhz işğalçı təcavüzkar siyasətin daşıyıcısı iştirakçısı olduğu üçün ilk siyasi iflasa Münhen Təhlükəsizlik Konfransında uğradı. Dövlət başçıları arasında keçirilən ilk ictimai debatda Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz haqlı tərəfin təmsilçisi olduğu üçün haqq tarixi ədaləti, beynəlxalq hüququn tələblərini yüksək siyasi peşəkar diplomatik səviyyədə Ermənistanın dövlət başçısına  başa saldığına görə Paşinyan bütün dünyanın gözü önündə aciz çıxılmaz duruma düşdü. Ortada olan odur ki, bu gün ölkəsinin baş naziri olaraq guya sülh sazişi imzalamaq üçün canfəşanlıq edir. İndi o, buna məcburdur. Onu buna  Azərbaycanın yaratdığı yeni reallıqlar vadar edir. "Qarabağ Azərbaycandır" deyir. 3 il əvvəl bu vaxtlar isə "Qarabağ Ermənistandır, nöqtə" deyirdi. İndi o, Brüssel Moskva arasında oynayır. Hətta burada İran faktoru da var. Məhz buna görə Paşinyan manevr edə bilmir, çoxlu səhvlər buraxır. Onun buraxdığı ən böyük səhv Azərbaycanla razılaşdırılmış məsələlərdən tez-tez yayınmasıdır. Bir tərəfdə ABŞ, digər tərəfdə Avropa ölkələri Rusiyanın Ermənistana diktə etməsi Paşinyanı çıxılmaz vəziyyətə salıb. O, gah Qərbin tezislərini təkrarlayıb Rusiyanı pisləyir, daha sonra Moskvanın irəli sürdüyü təkliflərə boyun əyərək, Kremllə eyni mövqedən çıxış edir. Belə qeyri-müəyyən vəziyyət Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını əngəlləməklə yanaşı, İrəvanın özünü böyük bir təhlükə ilə üz-üzə qoyur.

Moskvada keçirilən Ali Avrasiya İttifaqı Şurasının toplantısında Ermənistan baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin çıxışına gözlənilmədən şərh verməyə çalışması Ermənistan liderini bir daha pis vəziyyətə salmışdı. Paşinyanın yersiz müdaxiləsinə İlham Əliyevin ilk reaksiyası diqqətdən yayınmamışdı. İlham Əliyevin gülməkdən özünü zorla saxladığı hiss edilirdi. Bunun ardınca isə İlham Əliyevin ona cavabı da  maraqlı olmuşdu. Qeyd edək ki, Paşinyanın diplomatik etikadan kənar olan qeyri-peşəkar müdaxiləsi özünü rusca ifadə etməkdə çətinlik çəkməsi iclasda iştirak edən digər liderlərin gülüşünə səbəb olmuşdu əlavə olaraq siyasi savadı zəif olan Ermənistanın baş nazirinə dövlət başçımız sözün əsl mənasında master-klas keçdi. "Dəhliz" sözünü "Şimal-Cənub" dəhlizinə münasibətdə işlətdiyini bildirən dövlətimizin başçısı bu sözün elə həmin dəqiqliklə "Şərq-Qərb" dəhlizinə münasibətdə istifadə olunduğunu, "dəhliz" sözünün heç kiminsə ərazisinə göz dikmək olmadığını izah etdi. Belə bir mötəbər tədbirdə siyasi polemika yaratmağa çalışan Paşinyan nəinki qonağa qarşı, o cümlədən hər bir iştirakçıya qarşı növbəti hörmətsizliyini göstərərək, Ermənistanın beynəlxalq arenada növbəti dəfə fiaskoya uğradığını sübut etdi. Prezident İlham Əliyevin diplomatik ustalıqla səsləndirdiyi istehzalı cavab replikası zənnimizcə, Paşinyan üçün yaxşı dərs oldu. Böyük siyasətə birbaşa küçədən, meydanlardan gəldiyinə görə beynəlxalq etiket qaydalarını bilməyən Nikol Paşinyan məhz bu sammitdə aldığı dərsdən sonra siyasi nəzakətin, diplomatik etiketin önəmini dərk edəcək. Bütün bunlar Ermənistanın baş naziri Nikol Paşinyanın konfuz  duruma düşdüyünü göstərir. Budəfəki görüş zamanı erməni baş nazirinin etirafları, məcburən dedikləri ölkəmizin, dövlətimizin, xalqımızın əldə etdiyi qələbələr, Azərbaycanın qüdrətidir. İndi ermənilər özləri öz baş nazirlərini bu mənada da ələ salırlar. Onları aldadaraq hakimiyyəti ələ keçirən küçə nümayişçisinin sonra da belə sayıqlamalarla daxili auditoriyanı ələ almaq istəyinin ardınca rüsvayçı məğlubiyyəti həqiqətən onun gülüş  hədəfi olması üçün yetərlidir.

Onu da qeyd edək ki, ortaya çıxan yeni faktorların heç birisi Ermənistanın xeyrinə deyil. Əksinə, indiyə qədər mövcud olan bir çox şərtlərin rəsmi İrəvanın əleyhinə dəyişdiyi birmənalı şəkildə təsdiqlənmiş oldu. Baş nazir Nikol Paşinyanın hakimiyyətə gələrkən verdiyi heç bir vəd yerinə yetirilməyib. Əhalinin sosial-iqtisadi durumu daha da pisləşərək dözülməz həddə çatıb. Vəziyyətin düzəldilməsi üçün isə Ermənistanın maliyyə-iqtisadi resursları, Paşinyan hakimiyyətinin doğru-düzgün sosial-iqtisadi tənzimlənmə proqramları, ən əsası isə təcrübəli, səriştəli siyasi idarəçilik komandası mövcud deyil. Belə vəziyyət isə Paşinyan hakimiyyətinə devrilmək təhlükəsi vəd edir. Zaman qazanmaq, hakimiyyətin ömrünün uzadılması üçünsə hamını küncə sıxışdıra biləcək tək bir variant - savaşın başlandığının imitasiya edilməsi qalırdı. rəsmi Ermənistan yenə məhz bu riskli avantürist varianta üstünlük verir. Görünən odur ki, vasitəçilər qalib məğlub dövlət arasında fərq qoymadan Ermənistanın nazı ilə oynayırlar. Ermənistan da əvvəlki hiyləgər, məkrli siyasətini davam etdirir. Sülh sənədinin imzalanmasına ayrılan vaxt daralır. Bu minvalla Ermənistan onun xalqı üçün sonuncu unikal şans pəncərəsi bağlana bilər. Həm həmişəlik.

Mustafa KAMAL,

"Respublika".