Ötən həftə mina və partlamamış hərbi sursatdan təmizlənən ərazi açıqlanıb
Digər xəbərlər

Ötən həftə mina və partlamamış hərbi sursatdan təmizlənən ərazi açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 9-dan 14-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı bir partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.