Yanvarın 19-da Azərbaycanda COVID-19 əleyhinə 387 doza vaksin vurulub
Səhiyyə

Yanvarın 19-da Azərbaycanda COVID-19 əleyhinə 387 doza vaksin vurulub

Yanvarın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 387 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 152, ikinci doza vaksinlərin sayı 56, üç və daha çox doza vaksinlərin sayı 144, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 35-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 938 min 983, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 619, ikinci mərhələ üzrə 4 milyon 876 min 483, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 849, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 32-dir.

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 46 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 80 nəfər müalicə olunaraq sağalıb, 10 min 64 nəfər vəfat edib. Aktiv xəstə sayı 427 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 114, bu günə qədər isə ümumilikdə 7 milyon 466 min 384 test icra olunub.