Ölkəmizdə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizm yaradılıb
Digər xəbərlər

Ölkəmizdə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizm yaradılıb

Fevralın 13-ü Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 11-ci ildönümüdür.

Bu barədə qurumdan verilən məlumatda qeyd olunur ki, əlamətdar gün münasibətilə Xidmət rəisi, general-polkovnik Arzu Rəhimov qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi anılıb, "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

Qurumun yaradılmasının 11 illiyinə həsr olunan mərasim keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib. Xidmət rəisi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bu il 100 illiyini təntənə ilə qeyd edəcəyimiz Ümummilli Lider Heydər Əliyevin başladığı Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət sayəsində daha da möhkəmlənib, döyüş qabiliyyətini artırıb. Dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbənin, xüsusilə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, düşünülmüş strategiyası, möhkəm iradəsi, apardığı qətiyyətli siyasi xətti rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldığı diqqətə çatdırılıb. Vətən müharibəsi zamanı Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrasının mütəşəkkil qaydada təmin edildiyi ifadə olunub.

General-polkovnik Arzu Rəhimov hesabat dövründə ölkəmizdə çağırış səfərbərlik işini tənzimləyən modern mexanizmin yaradıldığını qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görüldüyünü qeyd edib. Ötən 11 il ərzində vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı müharibə dövründə hərbi vəzifəlilərlə hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin müvəffəqiyyətlə həyata keçirildiyi bildirilib.

Tədbirdə SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr fəxri fərmanlar təqdim olunub.

Mustafa KAMAL,

Respublika”.