Neymar doğma klubuna dəstək verib
İdman

Neymar doğma klubuna dəstək verib

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar Braziliya çempionatının yüksək liqasını tərk edən “Santos”a dəstək olub.

"Respublika" xəbər verir ki, 31 yaşlı futbolçu bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Müqəddəslər” həmişə müqəddəs olacaqlar. Bayram küçəmizə qayıdacaq, yenə gülümsəyəcəyik”, - Neymar paylaşımında qeyd edib.

Nəzrin ELDARQIZI,

"Respublika".