Narkotik vasitə və güclü təsiredici həb qanunsuz dövriyyədən çıxarılıb
Digər xəbərlər

Narkotik vasitə və güclü təsiredici həb qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində ümumi çəkisi cəmi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini 46 yaşlı Qorxmaz Hüseynovdan çəkisi 97 kiloqram 338 qramdan artıq marixuana, 5 kiloqram 10 qram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.

“Respublika”.