Mühəndis-istehkam bölmələrində praktiki məşğələlər keçirilir
Digər xəbərlər

Mühəndis-istehkam bölmələrində praktiki məşğələlər keçirilir

Cari ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşğələlərə cəlb edilən şəxsi heyət Mühəndis Qoşunlarının silahlanmasında olan texnika və avadanlıqdan istifadə etmək vərdişlərini təkmilləşdirir.

Mühəndis bölmələri azad edilmiş ərazilərdə dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, həmçinin infrastrukturun bərpası və digər tapşırıqlar üzrə praktiki bacarıqlarını artırır.

AZƏRTAC