Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib
Digər xəbərlər

Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

“Respublika”.