Mübarizə əzmimiz, qürur mənbəyimiz
Siyasət

Mübarizə əzmimiz, qürur mənbəyimiz

Bayrağımız Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada dalğalanır əbədi dalğalanacaq

"Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır əbədi dalğalanacaq, hər zaman bir yerdə". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun Nuray Güngör ilə görüşdə deyib. Azərbaycan Türkiyə bayraqlarının yandırıldığını təəssüflə qeyd edən dövlət başçısı bildirib: "Amma bizim bayraqlarımıza onlar Ağrı dağda, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini göstərir, gücsüzlüyünü göstərir".

Azərbaycan bayrağının Ermənistanda yandırılması dünyaya bir daha sübut etdi ki, terror toxumları ilə bəslənən ermənilər dünya mədəniyyətinin bir parçası ola bilməz. Bir dövlətin simvollarına qarşı törədilən vandalizm hərəkətləri açıq cinayətdir eyni zamanda terror aktıdır. İllər boyu bir etnos olaraq ruhları belə zəhərlənən, türk soyuna qarşı böyük nifrət ruhunda tərbiyələnərək formalaşan ölkəmizə qarşı qəddar düşmənçiliyini, barbarlığını nümayiş etdirən ermənilər idman yarışında da bu eybəcər sifətlərini ortaya qoydular. Bütün bu faktlar Ermənistanı beynəlxalq aləmdə nüfuzdan salır.

Prezident İlham Əliyev bu barədə Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq etmişdir: "Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər".

Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə münasibət bildirən Ermənistan parlamentinin üzvü sosial şəbəkədə yazıb ki, bir vətəndaş deputat kimi bu cür vandalizmin qarşısını almaq üçün əlimdən gələni etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Bu insidentə görə utandığını qeyd edib. Ermənilər özləri etiraf edirlər ki, bayraq yandıranlar onlarla fəxr edənlərə görə illərlə geri düşüblər. Əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın.

İkinci Qarabağ müharibəsi zamanı fərarilik edənlərin sayının  11 min nəfərdən çox olması onların qorxaq fərsiz olduqlarını təsdiq edir. Bu, ölkənin ordusunda olan acınacaqlı vəziyyətin təzahürü  idi. Müharibə dövründə Ermənistan polisi qaçan əsgərləri zorla irəli getməyə məcbur etməsəydi əsgərlərin ayaqlarını hərbi avtomobillərə qandallamasaydı, çox güman ki, Ermənistan ordusunun yarısından çoxu fərari olardı.

Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağına böyük hörmət ehtiramla yanaşır, çünki bu bayrağın dalğalanması üçün igid oğullarımızın qanı tökülüb. Bu səbəbdən xalqımızın bayrağa olan sevgisi daha da artır. Paytaxtımızın küçə meydanlarında, binaların eyvanlarında asılan bayraqlar bunun əyani sübutudur. Bayraq millətin, dövlətin şərəf ləyaqətinin ifadəsidir. Bayraq dövlətin varlığının, tarixinin taleyinin göstəricisidir, onun özünütəsdiq simvoludur. Bayraq millətin kimliyinin, təfəkkür düşüncə tərzinin ən dəqiq mənəvi ölçü meyarıdır. Qürur güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir, azadlığın rəmzidir. Bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən Azərbaycan bayrağı bu deyilənlərin hər birini öz rənglərində vüqarla, iftixarla daşıyır. Xalqımızın azadlığını, suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni, mənəvi dünyagörüşümüzü tərənnüm edən ay-ulduzlu bayrağımız həm milli kimliyimizin ən böyük tərənnümçüsüdür.

Bəşəriyyətin ən qədim xalqlarından biri olan Azərbaycan xalqı müdrikliyi, müstəqil olmaq istəyi, dövlətçilik ənənələri, qurub-yaratmaq təşəbbüsü, sivil yaşam tərzi, həmçinin zəngin mədəniyyəti, ədəbiyyatı ilə dünya tarixində özünəməxsus yer tutur. Tarixin bəlli dövrlərindən bu günə kimi, mənbəyindən asılı olmayaraq xalqımız haqqında rast gəlinən bütün məlumatlarda yalnız onun qəhrəmanlığından, azadlıq mübarizəsindən, sahib olduğu dövlətlərin qüdrətindən söz açılır. Xalqımızın müdrikliyi məhz ondadır ki, tarixdə hər zaman müsbət izlər qoyub. Ucaltdığı bayrağın ətrafında birləşən insanlar ədalətli, humanist, güclü bir dövlətin nümayəndələri olublar. Müəyyən dövrlərdə işğala, təcavüzə məruz qalsalar da, şərəfli mübarizə aparıblar, azadlıqları uğrunda mücadilədən geri çəkilməyiblər. Xalqımızın yetirdiyi övladlar müstəqillik uğrunda yorulmadan mübarizə aparıblar.

2020-ci il sentyabrın 27- respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın başladığı 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanıldı. Otuz ilin həsrətinə son qoyuldu. Bayrağımız tarixi Azərbaycan torpaqlarına əbədi olaraq sancıldı. Xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, ulu öndər Heydər Əliyevdən miras qalan azərbaycançılıq məfkurəsinin, rəşadətli Azərbaycan Ordusunun əsgər zabitlərinin fədakarlığının, şücaət qəhrəmanlığının, Türkiyə-Azərbaycan qardaşlığının Azərbaycan Prezidentinin qətiyyətinin, sərkərdəlik məharətinin, hücum diplomatiyasının, dəmir yumruğunun sayəsində əldə etdiyimiz şanlı Qələbə xalqımıza, dünya azərbaycanlılarına, eləcə daim yanımızda olan dostlarımıza, qardaşlarımıza qürurlu anlar yaşatdı. Azadlıq meydanında keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevin iftixar hissi ilə dediyi kimi, Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq əlbəyaxa döyüşdə düşməni məhv etdi. Azərbaycan bayrağını Şuşada qaldırdı.

Bu gün Şuşada, Zəngilanda, Bala Göyçədə, bütün Qarabağ Şərqi Zəngəzurda üçrəngli bayrağımız qürurla dalğalanır. Bayrağımız indi Göyçədən, Zəngəzurdan daha aydın görünür. Xudafərin körpüsü üzərində, Araz çayının yüz kilometrlərlə hüdudlarında bayrağımız ucalıb. Üçrəngli bayrağımız Arazın o tayında 40 milyonluq soydaşımıza indi bir nəfəs qədər yaxındır, bayraq hər bir xalqın milli qürur ləyaqət mənbəyidir. Cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı azad edərək milli qürurumuzu ləyaqətimizi bərpa etdi. Bir neçə ildir ki, müstəqil Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanırdısa, bu gün artıq Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında düşmənlərdən azad edilmiş digər torpaqlarımızda da dalğalanır. Uca bayrağımız Qarabağın hər gün yeni bir ünvanına sancılır.

 "Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri bax, buradan - azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz", - deyə dövlət başçısı bildirib.

Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm dövlətimizin, bütövlükdə xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünü xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir".

Mustafa  KAMAL,

"Respublika".