Müasir dövlətçilik tarixinin başlanğıcı
Siyasət

Müasir dövlətçilik tarixinin başlanğıcı

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan siyasi kursun milli inkişaf strategiyasının müəllifidir. Millətin inkişafı, milli dəyərlərin dirçəldilməsi milli maraqların təmin olunması Heydər Əliyevin hələ respublikamıza rəhbərliyinin birinci mərhələsində dövlət siyasətinin ana xəttini təşkil etmiş, ümummilli lider həmin dövrdə dövlət müstəqilliyinin bərpası üçün möhkəm zəmin hazırlamışdır.

Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ilə yanaşı, onun dayaqlarının möhkəmləndirilməsi, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd məram ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının yaradılması ilə şərtlənmişdir. Dahi şəxsiyyət müasir Azərbaycan tarixində milliliklə dövlətçiliyin sarsılmaz vəhdətini təmin etməklə milli ideyanı gerçəkliyə çevirmişdir.

XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü dövr idi. Belə ki, 1993- ilin may-iyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun son həddə çatması ölkədə vətəndaş qarşıdurması yaratmışdı. Uzun illərdən sonra müstəqilliyini bərpa etmiş xalq hakimiyyət davası edən, siyasi savadı, dövlət idarəçiliyində təcrübəsi olmayan rəhbərlərin ucbatından məhv olmaq təhlükəsi ilə üzbəüz qalmışdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkə ərazisinin 20 faizdən çox hissəsi düşmən nəzarətinə keçmişdi. Mənfur düşmən ölkə daxilindəki gərgin qeyri-stabil vəziyyətdən istifadə edərək hücum əməliyyatlarını genişləndirir, daha çox ərazini zəbt etməyə çalışırdı. Nizami ordunun vahid hərbi komandanlığın yoxluğu fonunda faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz hala gəlmişdi. Bu isə ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər gərginləşdirir, xalqla dövlət arasındakı uçurumun daha da dərinləşməsinə səbəb olurdu. O dövrdə respublikada vəziyyət son dərəcə mürəkkəb ümidsiz idi. Hakimiyyətdə olan AXC-Müsavat rəhbərlərini xalq, dövlət, torpaq düşündürürdü. Onlar əllərinə düşən bu təsadüfdən maksimum istifadə etmək istəyir, bununla da müstəqil Azərbaycan dövlətçiliyini sual altında qoyurdular. Respublikada hərc-mərclik baş alıb gedirdi. Ovaxtkı iqtidar ölkəni nəinki idarə edə bilmir, hətta uğursuz qərarları ilə uçuruma sürükləyirdi. 1993- ilin ortalarında AXC-Müsavat iqtidarı daha bir səriştəsizliyi - Gəncədə son dərəcə uğursuz əməliyyat keçirməsi ölkəni qardaş qırğınının astanasına gətirdi.

709 saylı hərbi hissənin korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi dəstələr AXC-Müsavat iqtidarının istefasını tələb edərək Gəncədən Bakıya yürüş edir, yolüstü rayonlarda yerli hakimiyyəti öz əllərinə alırdılar.

Azərbaycan üçün çox mürəkkəb olan bu mərhələdə Heydər Əliyevin misilsiz liderlik təcrübəsi onun yenidən hakimiyyətə gəlməsi zərurətini yaratdı. İyunun 9-da xalqın təkidli xahişi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev artıq başlamaqda olan vətəndaş müharibəsinı yatırtmaq üçün Gəncəyə getdi, çox böyük çətinliklə hadisələri yoluna qoydu. Dünyaşöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi mənəvi-psixoloji gərginliyin qarşısını aldı. 1993- il iyunun 15- müstəqil Azərbaycanın siyasi tarixinin şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əliyev Ali Sovetin sədri seçildi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq xalqı dövləti labüd fəlakətdən xilas etdi, müasir, gələcəyə inamla baxan Azərbaycanın əsasını qoydu. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi, Azərbaycanın dövlətçilik tarixində yeni dövrün başlanğıcı qoyuldu. Həmin gün Parlamentin tarixi iclasında çıxış edən Heydər Əliyev demişdir: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm".

Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən ölkədə sabitliyin təmin olunması, hərc-mərcliyin, özbaşınalığın qarşısının alınması istiqamətində əhəmiyyətli işlər həyata keçirdi. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görüldü. O vaxt gənc, müstəqil respublikaya hər tərəfdən təzyiqlər edilir, ölkəni sosial-iqtisadi böhran vəziyyətindən çıxarmağa, sabit inkişaf səviyyəsinə yüksəltməyə hər vəchlə maneçilik törədilirdi. Lakin ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyində ölçüyəgəlməz məharəti, siyasi nüfuzu, vaxtında qəbul etdiyi qərarlar Azərbaycan dövlətçiliyinin bərqərar olmasına, demokratik prinsiplərin təsisatların yaradılmasına eyni zamanda təkmilləşdirilməsinə, ümumilikdə dövlət aparatının möhkəmləndirilməsinə imkan yaratdı. Bütün bunlarla yanaşı, müstəqil Azərbaycanın neft strategiyasının yaradılması, "Əsrin müqaviləsi"nin imzalanması, uğurlu xarici siyasət modelinin formalaşdırılması dövlətin yürütdüyü siyasətin əsas istiqaməti olaraq müəyyənləşdirildi. Respublikada mövcud olan sabitliyi görən xarici sərmayədarlar Azərbaycanda müxtəlif sahələrə investisiya qoymağa başladılar. Gündən-günə inkişaf edən ölkəmiz dünya dövlətləri ilə bir sırada beynəlxalq təşkilatlara üzv qəbul olundu.

Heydər Əliyevin 1993- il iyunun 15- ölkə rəhbərliyinə qayıdışı müasir müstəqil Azərbaycanın tarixinə xalqın, millətin nicat günü, qurtuluş günü kimi yazıldı. 1997-ci ildə 15 iyun tarixi Milli Məclis tərəfindən bayram elan edildi Azərbaycanda Milli Qurtuluş Günü kimi təqvimə yazıldı.

Mehparə ƏLİYEVA,

"Respublika".