Gözün aydın, Laçın
Siyasət

Gözün aydın, Laçın

Uzun illər bizi əzən, göz yaşlarımızaağaran saçlarımıza çevrilən, ürəyimizin başında köz kimi alışan yurd həsrətinətorpaq nisgilinə, ayrılığa, didərginliyə son qoyulub, həsrətimiz vüsala qovuşub. İşğalçı Ermənistanın, ermənipərəst ölkələrinmaraqlı qüvvələrin toruna salınan, hərbi təcavüzü, işğalı dondurmağa cəhd edən, bir milyona yaxın məcburi köçkünün haqqı hüququnu görməzdən gələn, mənasız danışıqlarla baş qatan beynəlxalq təşkilatların bütün hiylələrinə, məkrli niyyətinə müzəffər ordumuzun Qalib Ali Baş Komandanı İlham Əliyevin cəsarəti fədakarlığı sayəsində son qoyulub.

İkinci Qarabağ müharibəsi Ermənistanın onun havadarlarının məğlubiyyəti ilə başa çatdı, Azərbaycan əsgəri qanı canı bahasına pozulan haqqımızı, ərazi bütövlüyümüzü bərpa etdi, ədalət zəfər çaldı. Çox mühüm strateji ərazidə yerləşən, düşmən ölkə ilə həmsərhəd olan otuz ilə yaxın işğalda qalan Laçının azad edilməsi, düşmənlərin uzun illər ərzində "Laçın dəhlizi" adı altında keçmiş Dağlıq Qarabağla Ermənistanı birləşdirən yolun nəzarətimizə qaytarılması hərbi-siyasi üstünlüyümüzün parlaq qələbəsi kimi tarixin səhifələrinə yazıldı. Yeni Laçın yolunun çəkilməsi onun üzərində sərhəd-nəzarət-buraxılış məntəqəsinin yaradılması, işğaldan azad edilən Laçın şəhərində ətraf kəndlərdə genişmiqyaslı bərpa quruculuq işlərinin aparılması çox böyük siyasi iradənin sayəsində mümkün olub. Vətəni bütöv görmək, yurd yerlərinə qayıtmaq, bundan artıq xoşbəxtlik yoxdur dünyada... Böyük Qayıdış başlayıb, erməni işğalından əziyyət çəkən insanlar ləyaqətlə öz yurd-yuvalarına qayıdırlar.

İşğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçın torpağına yeni bir həyat qayıdıb. Adi daş da, torpaq da, ağaclar da, yal-yamac da, irəmələr , keçidlər , göy buludların üzərində süzən qartal da, laçınlılar da sevinir. Laçınlılar doğma torpaqlara qayıdırlar, onların sevinci sözlərə sığmır, xoşbəxt anları sözlə ifadə etmək mümkün deyil. Yurd sevinir, ocaq sevinir, əzəli əbədi sakinlərinin ayaq səslərinə sevinən Laçın bu gün qürurun məğrurluğun ahəngi ilə nəfəs alır. Qısa müddət ərzində Laçın şəhəri yenidən qurulub, burada iri infrastruktur layihələri reallaşıb. Doğulub boya-başa çatdığı yurda, dədə-baba ocağına qayıdan Laçın sakini İradə Hüseynova deyir ki, üç il ərzində belə şəraitin qurulması bizə möcüzə kimi görünür. Bunu yalnız Azərbaycan Prezidenti İlham Əliyev, dövlətimiz edə bilərdi. Bütün laçınlılar bu günü səbirsizliklə gözləyirdi. Başda dövlətimizin başçısı olmaqla, bu işləri görən hər kəsə minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu sevincə, xoşbəxtliyə görə Ali Baş Komandanımıza, şəhidlərə, qazilərə borcluyuq.

Birinci Qarabağ müharibəsi qazisi Ramin Abdullayev deyib ki, Laçına yenidən ayaq basdığım üçün çox xoşbəxtəm. Buna görə möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Əmin idim ki, torpaqlarımız azad olunacaq. Dövlətimizin başçısının ordu quruculuğundakı islahatları, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi öz bəhrəsini verib. Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız azad edildi. Bu gün Laçına qayıdıb, yurdumuza qovuşmuşuq. Bütün vətən həsrəti çəkənlərin tezliklə bu hissləri yaşamasını arzu edirəm.

Milli Məclisin deputatı Mahir Abbazsadə bildirib ki, Laçın şəhərinin mərkəzinin qısa vaxtda yenidən qurulması ölkəmizin iqtisadi gücünün göstəricisidir. Torpaqlarımız işğaldan azad edildikdən sonra qarşıda duran əsas məqsədlərdən biri həmin ərazilərin bərpası, o cümlədən uzun müddət məcburi köçkün həyatı yaşayan soydaşlarımızı doğma torpaqlarına geri qaytarmaqdan ibarətdir. Ötən il avqustun 26-da Prezident İlham Əliyevin Laçının mərkəzində Azərbaycan bayrağını ucaltması, habelə bu ərazilərə etdiyi səfərlərin aparılan bərpa-quruculuq işlərinin sürətlə həyata keçirilməsinə bariz nümunədir. 30 il müddətində psixoloji-mənəvi məhrumiyyətlərə məruz qalmış keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı onların hər biri üçün əvəzsiz mənəvi ucalıqdır. Biz bunun üçün laçınlılar adından möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, şəhidlərimizin əziz xatirəsini yad edirik. Eyni zamanda qazilərimizin sağlamlığı uğrunda apardığı mübarizədə onlara mənəvi dəstək oluruq. Bütün bunlar hamısı Azərbaycan dövlətinin apardığı siyasətə tam uyğundur. İnanıram ki, bundan sonrakı müddətdə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad etdiyimiz bütün rayonlarda bərpa-quruculuq prosesləri sürətlə həyata keçiriləcək, yaşayış məntəqələri salınacaq azərbaycanlılar öz ata-baba yurdlarına qayıdacaqlar.

Arzular, ürək sözləri, xoş duyğular, minnətdarlıq hər bir laçınlının sonsuz sevincini ifadə edir, onlar otuz ildən sonra doğma yurdlarına qayıtdıqları üçün çox qürurlu görünürlər, ayaq basıb öpdükləri torpağın, onu azad edən oğulların, şəhidlərin, qazilərin qarşısında baş əyirlər. Qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq bərpaedilən yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14- növbəti köç karvanı Laçına çatıb, 72 nəfər olmaqla daha 22 ailə doğma yurda qovuşmağın sevincini yaşayıb. Şəhərə gələn sakinlər qarşılanıb doğma yurdlarına qayıtmaq münasibətilə onlara gözaydınlığı verilib. Laçın şəhərinə öz doğma evlərinə dönən sakinlər əlamətdar gündə sevinc göz yaşlarını saxlaya bilməyiblər. Sakinlərə bildirilib ki, Laçın şəhərində onların yaşaması üçün bütün zəruri şərait yaradılıb, evlər tarixi memarlıq üslubu qorunmaqla müasir meyarlara uyğun olaraq bərpa edilib. Laçına qayıdan ailələr, əsasən Bakı Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpaedilən ya yenidən tikilən evlərdə məskunlaşıblar. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə - 97 nəfər köçürülüb. Laçın şəhərində yaradılacaq müəssisələrdə 1200 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Artıq 260 nəfər şəhər sakini təlimlərə cəlb olunduqdan sonra işə başlayıb. Laçına köçən işlə bağlı müraciət edən sakinlərə uyğun vakansiyalar təklif olunur heç bir məhdudiyyət qoyulmur. Laçın şəhərinə köçürülən sakinlərin işlə təmin olunması üçün bütün lazımi tədbirlər görülür. Laçınlıları qarşıda gözəl, işıqlı günlər, xoşbəxt həyat, aydın səma gözləyir...

Salman ALIOĞLU,

"Respublika".