Müasir çağırışlara adekvat addımlar
Gündəm

Müasir çağırışlara adekvat addımlar

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən və keçiriləcək görüşlər, iclaslar Azərbaycanın COP29-a ev sahibliyinin yüksək səviyyədə yaddaqalan olacağına əsas verir.

Rəsmi Bakının COP29 çərçivəsində gördüyü işlər, planetin ekoloji təmizliyinin qorunması, "yaşıl enerji"yə keçidlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüslər dünya tərəfindən müsbət qarşılanır və alqışlanır. Azərbaycanın bərpaolunan enerji potensialı sayəsində enerji siyasətimiz yeni səviyyəyə yüksəlib. Ənənəvi enerji təchizatçısı və COP29-a ev sahibliyi edəcək Azərbaycan bütün növ enerji resurslarını enerji təchizatında etibarlılığını, eyni zamanda emissiyaların azaldılması və "yaşıl enerji"yə keçidin təmin edilməsini məsuliyyətlə inkişaf etdirir.

2024-cü ildə Bakı Enerji Həftəsinə uğurla ev sahibliyi edən Azərbaycan beynəlxalq əməkdaşlığını da genişləndirir. Bakı Enerji Həftəsinin açılış günü, yəni 4 iyun tarixi eyni zamanda iyirmi il bundan əvvəl neft və qaz sərgisində "Şahdəniz" müqaviləsinin imzalanması tarixidir. 4 iyunu əlamətdar edən daha bir mühüm hadisə yaşandı. Belə ki, iyunun 4-ü BƏƏ-dən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi keçirildi. Bu, adi bir hadisə deyil. Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir.

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.