Moldova parlamentinin üzvü: Şuşada və Xankəndidə oldum, proses şəffaf şəkildə aparılırdı
Siyasət

Moldova parlamentinin üzvü: Şuşada və Xankəndidə oldum, proses şəffaf şəkildə aparılırdı

Seçki prosesini izləmək üçün Şuşa və Xankəndidə oldum. Proses şəffaf şəkildə aparılırdı. Təəssüratlarım çox yaxşıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moldova parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında parlamentin deputatı, missiyanın rəhbəri, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vitali Jakot deyib.

"Seçki komissiyasının üzvləri ilə söhbət etdim. Otuz ildən sonra öz evlərinə qayıdan insanların üzündə çox böyük nikbinlik və ümid müşahidə etdim", - deyə o bildirib.