MN: Qanunsuz erməni silahlıları mövqelərimizə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər
Siyasət

MN: Qanunsuz erməni silahlıları mövqelərimizə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər

Sentyabrın 8-i saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Respublika”ya bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb