Misirdə naməlum xəstəlik yayılıb
Dünya xəbərləri

Misirdə naməlum xəstəlik yayılıb

Misirdəki istirahət mərkəzlərində naməlum xəstəlik yayılıb.

"Respublika" xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoluxma halları Qahirədən 600 kilometr cənubda yerləşən Qena əyalətində qeydə alınıb.

Mütəxəssislər xəstələrdən və ətraf mühitdəki obyektlərdən nümunələr götürmək, həmçinin vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə yollanıblar. Xəstələrdə yüksək bədən istiliyi, baş ağrıları və şiddətli yorğunluq, ağır formada qanaxma, qusma və təzyiqin düşməsi özünü göstərir.

Qeyd edək ki, hazırda 200-ə yaxın yoluxmuş şəxs məlumdur. Bundan başqa, xəstəliklə əlaqədar olaraq Rusiyada Misirdən gələn sərnişinlər üçün karantin də daxil olmaqla, əlavə nəzarət həyata keçirilir.

Nəzrin ELDARQIZI,

"Respublika".