Miran Ələkbərli son mənzilə yola salındı
Region

Miran Ələkbərli son mənzilə yola salındı

İmişli rayonunun Aranlı kəndində dünyaya gələn DSX-nin Sərhəd Qoşunlarının "Qubadlı" Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu ilə vida mərasimi keçirildi.

Mərasimdə əsgərimizin doğmaları, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi Mətləb Murğuzov, rayon prokuroru Valeh Səmədov, polis şöbəsinin rəisi Füzuli Şixaliyev, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti iştirak edirdilər. Əsgərimizin cənazəsi doğulduğu İmişli rayonunun Aranlı kənd qəbiristanlığında yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və qərənfillər düzüldü. Tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı əsgərimizin atası Qamət Ələkbərova təqdim edilib.

Əsgərimizin atası Qamət Ələkbərov Birinci Qarabağ savaşının iştirakçısı olub. Həmin vaxt Qarabağda gedən bütün döyüşlərdə şücaətlə döyüşüb. Bu gün Qamətin bədənində gəzdirdiyi qəlpələr həmin döyüşlərdən yadigar qalıb.

Ərəstun ABDULOV,

"Respublika".