Minatəmizləmə Agentliyi əməkdaşlarını peşə bayramı günüdür
Məlumat

Minatəmizləmə Agentliyi əməkdaşlarını peşə bayramı günüdür

18 iyul Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşlarının peşə bayramı günüdür.

"Respublika" xəbər verir ki,  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində Ulu öndər Heydər Əliyevin 854 saylı Sərəncamı ilə yaradılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021-ci il tarixli, 1251 saylı Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.

Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı ordumuzun qazandığı qələbədən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi  işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirir.

Töhfə SƏMƏDOVA,

"Respublika".