Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası
Məlumat

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü abzasının şərh edilməsinə dair Ali Məhkəmənin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 19-na təyin edilmiş iclasında baxılacaq.